Qız Qalasının qarşısındakı körpü təmir ediləcək

17:15 17.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ictimaiyyətə bildirir ki, Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb və aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə hafta.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edilib ki, körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.