Qobustanda növbəti zəlzələ

10:31 30.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.