Qocalar evində yanğın: 5 nəfər ölüb

10:33 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin şimal-şərqində Ciciqar şəhərində qocalar evində baş verən yanğın nəticəsində beş nəfər həlak olub.

Hafta.az Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, yanğın bazar ertəsi günorta saatlarında başlayıb və qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.