Quantanamonun müsəlman məhbusu MKİ işgəncələrini təsvir edən rəsmlərini yaydı

19:24 12.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fələstinli Əbu Zubeydə 2002-ci ildə Pakistanda ABŞ kəşfiyyat orqanları tərəfindən həbs edilərək Tailanddakı Amerika həbsxanasına, oradan Əfqanıstana, sonra Litvaya, daha sonra Polşaya, ondan sonra isə Mərakeşə göndərilib.

Hafta.az xəbər verir ki, “The Guardian”-ın yaydığı məlumata görə, Əbu Zubeydə Quantanamo həbsxanasında adı açıqlanmayan cinayətlərə görə cəzasını çəkmək üçün yalnız 2006-cı ildə gətirilib.

O, 21 ildir ki, heç bir ittiham irəli sürülmədən həbsdədir. Bu müddət ərzində fələstinli məhbus sorğu-sualların bütün dəhşətlərini yaşadı, bu müddət ərzində nə FTB, nə də MKİ işgəncədən istifadə edildiyini etiraf edib.

2002-2006-cı illər arasında bu fələstinli məhbusların amansız dindirilmə və təhqir olunma üsullarını əks etdirən 40 rəsm çəkib. O, işgəncə şəkillərini yaddaşı əsasında təsvir edərək, vəkili professor Mark Denboya göndərib. Müvəkkilinin xatirələrinə və rəsmlərinə əsaslanaraq Denbo "Amerika işgəncələri: FTB və CIA tərəfindən "qaranlıq künclərdə" və Quantanamoda səlahiyyətdən sui-istifadə"( (American tortures:FBI and CIA Abuses at Dark Sites and Guantánamo). adlı hesabat hesabat yazıb. “Əbu Zubeydə ABŞ-ın işgəncə proqramının "övladı"dır. Əsassız faktlar əsasında Ədliyyə Departamentinin icazəsi ilə ilk işgəncəyə məruz qalan o idi və MKİ bundan xəbərdar idi. Onun rəsmləri hakimiyyətin öz uğursuzluqları və hakimiyyətdən açıq-aşkar sui-istifadəsi ilə barışmaq istəmədiyini göstərir”, Mark Denbo bildirib. “Əbu Zübeydə “əbədi məhbus” ləqəbini alıb, çünki 21 il həbsdə olduğu müddətdə rəsmi ittihamların olmamasına baxmayaraq, onlar onu azad etməkdən qorxurlar. Onlar onun etdiklərinə görə deyil, ona etdiklərinə görə qorxurlar”, - deyə Londonda yerləşən “Cage”("Qəfəs") insan haqları qrupunun rəhbəri Muazzam Begg bildirib.