Qubada əməliyyat - Saxlanılanlar var

09:21 21.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıb.

Həmin şəxslərin üzərlərinə, eləcə də, Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə 1 kiloqramdan artıq (1165 qram) narkotik vasitə olan marixuana, eləcə də, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 6 ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.