Yazını böyüt
Yazını kiçilt
Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, toy karvanında hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.