Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Hafta.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində 6 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.