Qusarda ofis tikili yanıb

10:15 23.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonunun Gican kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli tikilinin (ofis kimi istifadə olunur) tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bazar günü hafta.az-a bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.