Mərkəzi Amerika ölkəsi Qvatemalada seçkilərə bir ay qalmış bütün səsvermələrdə öndə olan Karlos Pineda Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilib.
Hafta.az-ın “Telesur”a istinadən yazdığına görə, iyunun 25-də keçiriləcək seçkilərə məhkəmə qərarı ilə mane olan Pineda ilk açıqlamasında "Korrupsiya qazandı, Qvatemala uduzdu!" deyib. Mühafizəkar iş adamı yerli məhkəmənin son dəqiqə qərarını Konstitusiya Məhkəməsinə çatdırmışdı. Qərara imza atan yerli məhkəmə, Pinedanın namizədlik prosesində qaydaları pozduğuna dair hökm çıxarıb və qərarda qvatemalalı siyasətçinin partiya nümayəndələrindən kifayət qədər imza toplaya bilmədiyi, lazımi maliyyə hesabatını məhkəməyə təqdim etmədiyi bildirilib.
Pineda ötən həftə keçirilən sorğularda yüzdə 22 səslə ən çox seçici dəstəyi alan namizəd olaraq ortaya çıxıb.
Konstitusiya Məhkəməsinin təsdiqlədiyi qərar Qvatemalada seçki yarışını da çətinləşdirib. Çünki Pinedanın namizədliyindən əvvəl daha iki namizədlə bağlı da oxşar qərarlar verilib. Solçu Felma Kabrera və sağçı Roberto Arzunun namizədliyi də Konstitusiya Məhkəməsi tərəfindən bloklanıb.
Digər namizəd Edmond Mulet ilə bağlı qərar hələ verilməyib. Ölkədə mühakimə olunan jurnalistlərlə bağlı açıqlama verən Mulletin seçki kampaniyasına erkən başlaması iddiası ilə prokurorluq istintaqa başlayıb.
Muletin namizədliyinə "veto qoyularsa", Qvatemalada seçkilər yalnız üç namizədlə keçiriləcək: vəzifədən gedən prezident Giammatteiyə yaxın mühafizəkar Manuel Konde, keçmiş diktator Efrain Rios Monntun qızı sağçı Zuri Rios və ölkənin keçmiş birinci xanımı Sandra Torres.
İnsan Haqları Müşahidə Qrupundan Juan Pappier Qvatemala ədliyyəsinin qərarlarını "məhkəmə sisteminin üstünlük verilən seçki nəticələrini təmin etmək üçün açıq şəkildə manipulyasiyası" kimi xarakterizə edib. Beynəlxalq müşahidəçilər Qvatemaladakı seçki şurasının ölkədə hökm sürən siyasi nizamdan kənar namizədlərə mane olduğunu qiymətləndirirlər.