Rayonlara gediş-gəliş nə zaman bərpa olunur?

11:36 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov rayonlara gediş-gəlişin bərpasından danışıb.

Hafta.az xəbər verir ki, kafe və restoranların açılışından 1 həftə sonra isə rayonlara gediş-gəlişin bərpası müzakirə olunur:

"Bu barədə konkret qərar qəbul ediıməyib. Hər şey bizim qaydalara riayət etməyimizdən asılı olacaq. Qaydalara əməl olunmasa, yoluxma artsa bu açılışlara gedə biıməyəcəyik və ertələməyə məcbur olacağıq".