Yazını böyüt
Yazını kiçilt
Yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı şimal rayonlarının yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Qubada altı, Qusarda iki, Xaçmazda isə üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtoqəzalar nəticəsində ümumilikdə 22 avtomobilə zərər dəyib. Hadisələr nəticəsində xəsarət alan olmayıb.