Bollivud qlamur və dəbdəbə ilə dolu xüsusi bir dünyadır. Hər bir hindli qız Bollivud şahzadəsi olmaqla bu dünyaya girməyi xəyal edir.
Hafta.az yazır ki, lakin bəzi Bollivud ulduzları əslində elə zəngin və necə deyərlər, şah ailələrində doğulublar. Bu aktrisalar təkcə ekranda deyil, həm də real həyatda kraliçadırlar, çünki onların damarlarında əsl hind maharacaları və canişinləri, şahzadələr və digər kral ailələrinin qanı var.

Soha Əli Xan
Soha Əli Xanın atası pataudili Mansur Əli Xan Hindistan kriket komandasının kapitanı və eyni zamanda 1952-1971-ci illərdə Pataudinin vitse-kapitanı idi. Onun ata tərəfdən babası İftixar Əli Xan Pataudinin səkkizinci canişini, nənəsi Socida Sultan isə Bhopalinin xanımı idi. Soha Əli Xan rəsmən şahzadə sayılır.
Aktrisa "Zəfəranın rəngi" (2006) filmindəki rolu ilə tanınır.

Riya Sen və Rayma Sen
Riya və Rayma Sen bacıları da əsl şahzadədirlər. Onların ailələrində həm ata, həm də ana tərəfdən kral qanı var. Onların ata tərəfdən nənəsi Baroda kralı III Sayacirao Gayekvadın qızı, ana nənəsi isə Kuç Behar kraliçası idi. Digər ana nənəsi İla Devi, Caypurdan Maharani Gayatri Devinin bacısı idi.
Bacılar Acay Sinhanın rejissoru olduğu Benqal dilində "Üç tənha" filmində rol alıblar.

Sonal Çauhan
Sonal Çauhan Pakistan və Şimali Hindistanın Kşatriya kastasına mənsub bir ailənin nəslindəndir. Uttar Pradeş ştatının Racput kral ailəsinə mənsubdur.
Çox mühafizəkar kral ailəsindən olmasına baxmayaraq, o, Bollivudun qlamur dünyasını seçdi. Sonal 2005-ci ildə Miss India və Miss Tourism World müsabiqələrində qalib gəldikdən sonra şöhrət qazandı.
O, əsasən Tollywood-da (Teluqu dilində kinoteatr) çıxış edir.

Bhagiaşri
Bhagiaşri debütünü 1989-cu ildə Salman Xanla birlikdə rol almış Surac Barjatyanın rejissoru olduğu blokbaster “Səni sevdim” filmində etdi. Daha sonra Bollivudla vidalaşmaq qərarına gəldi.
Deyilənə görə, Salman Xanı kadrda qucaqlamaq lazım olanda qız hönkür-hönkür ağlayırdı, o, belə səhnələrdə çəkilmək istəməyib.
Bhagiaşri, Maharashtradakı Sangli Maratha kral ailəsindəndir. Hindistanda Britaniya hakimiyyəti dövründə Sanqli knyazlığının sonuncu hökmdarı Çintamanrao Dhundirao Patvardhanın nəvəsidir.

Aditi Rao Haydari
Aktrisa Aditi Rao Hydari iki Hindistan kral ailəsinin nəslindəndir. Onun ana tərəfdən babası Vanaparti əyalətinin hökmdarı Rameşvar Rao, ata tərəfdən babası isə Məhəmməd Salih Əkbər Haydari idi.
Qız Heydərabadda Ahsan Haydari və həyat yoldaşı Vidya Raonun ailəsində anadan olub. Aditinin atası müsəlman, anası isə brahman ailəsindən olan buddistdir. Haydarinin valideynləri də Heydərabad əyalətinin zadəganlarına mənsub olublar.

Kiran Rao
Digər Bollivud ulduzu Amir Xanın keçmiş həyat yoldaşı Kiran Rao “güclü və müstəqil” hind qadını və aktrisası kimi tanınır.
Ola bilsin ki, o, güclü xüsusiyyətlərini kral əcdadlarından miras alıb. Axı o, yuxarıda qeyd olunan Aditi Rao Haydari kimi Telangana Vanaparthi kral ailəsinə aiddir. Yeri gəlmişkən, Aditi və Kiran əmioğludur.

Sara Ali Xan
Sara Əli Xan 1995-ci ildə anadan olub və aktyorluq karyerasına 2018-ci ildə romantik dram “Kedarnath” və “Simmba” döyüş komediyası ilə başlayıb. O, Bollivudun yüksələn ulduzlarından biridir.
Aktrisa aktyor ailəsində doğulub və Britaniya hakimiyyəti dövründə Pataudi dövlətini idarə edən İftixar Əli Xanın nəvəsidir. Lakin Sara özü israr edir ki, kral ailəsinin üzvləri ilə əlaqə saxlamır. Öz keçmişinə baxmayaraq, aktrisa özünü sadə həyat tərzi keçirən, kral dəbdəbələrinə və sərt qaydalara əməl etməyən Mumbay qızı hesab edir.