Respublika Klinik Uroloji Xəstəxanasına baş həkim təyin olunub

13:39 30.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

Bu barədə TƏBİB-dən hafta.az-a bildirilib.

Qeyd edilib ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini - baş həkim təyin edilib.