Robert De Nironun yeni Netflix serialı uğursuz oldu

09:55 25.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ustad aktyor Robert De Nironun rol aldığı yeni Netflix serialı “Zero Day” fevralın 20-də nümayiş olunub. Siyasi triller serialı ulduzlarla zəngin olmasına baxmayaraq, tənqidçilərdən gözlədiyi müsbət rəyləri ala bilməyib.

Hafta.az-ın “Games Radar”a istinadən yazdığına görə, “Zero Day” filmində De Niro ölümcül kiberhücumları araşdırmaq üçün təqaüdə çıxdıqdan sonra geri çağırılan ABŞ-ın keçmiş prezidenti Corc Mullen rolunu oynayır.

Serialın heyətində həmçinin Cessi Plemons, Lizzi Kaplan, Angela Bassett, Dan Stivens, Bill Kamp və Metyu Modin kimi adlar da var.

Netflix mini serialın 16 yaşından kiçik tamaşaçılar üçün uyğun olmadığını bildirərək süjetini belə xülasə edir: “ABŞ-ın təqaüdçü keçmiş prezidenti ölümcül kiberhücumun mənbəyini tapmaq üçün çağırılanda o, yalan və sui-qəsdlər şəbəkəsini kəşf edir”.

“Rotten Tomatoes” icmal toplama saytında seriala cəmi 54 bal verilib. De Nironun performansı şərhlərdə təriflənsə də, dialoqlarından tutmuş sürətinə qədər serialın bir çox elementi tənqid olunur.

“Daily Telegraph” yazır ki, "Seriala baxmağa davam etməyin əsl səbəbi De Nirodur. Onun ulduz işığı layihəni daşıyır. Yuxuda bunu edə bildiyi kimi görünsə belə, iş yerində bir ustaya baxmaq əyləncəlidir".

“The Times” daha müsbət bir qiymətləndirmə edərək, "Bu istehsal ənənəvi televiziya seriallarının asılılıq xarakterini Netflix-in cilalanmış istehsal keyfiyyəti ilə birləşdirir və yüksək izlənilə bilən bir dram yaradır".

“Vanity Fair” serialı "Olduğu qədər qəşəng və inamlı deyil. Amma yenə də çəkicidir, 6 epizod boyunca sabit bir sürətlə hərəkət edən geniş miqyaslı bir sirrdən bəhs edir".

RogerEbert.com isə 4 ulduzdan yalnız bir yarım ulduz verir və aktyor heyətini tərifləyir, lakin digər aspektlərdə müsbət şərh vermir: “Zero Day”in izlənilə bilməsi televiziya tarixinin ən keyfiyyətli çəkilişlərindən biridir. Ancaq beyninizi söndürməsəniz, veriliş sizi dəli edə bilər”.