Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

21:33 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ-nin Dövlət katibi Marko Rubio Kabinet iclasında deyib.

O, ötən gün Ermənistana səfəri zamanı müvafiq layihənin paraflandığını xatırladıb.

Xatırladaq ki, mayın 26-da Ermənistan ilə ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi paraflanıb.