Rumıniya səfirliyi 2020-2021-ci il üçün Təqaüd Proqramının başlandığını elan edir

17:42 21.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın Azərbaycandakı Səfirliyi xarici vətəndaşlar üçün bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə Rumıniya Dövləti tərəfindən təqdim edilən 2020-2021 Təqaüd Proqramının başlandığını elan edir.

Hafta.az yazır ki, maraqlananlar aşağıdakı sənədlərdən ibarət qovluq təqdim etməlidirlər:
- Rumıniyada Təqaüd Proqramı üzrə XİN-nin ərizə forması, düzgün doldurulmuş olmalıdır (Əlavə 1);  - Rumıniyada təhsil almaq üçün qəbul məktubuna dair Rumıniya Milli Təhsil Nazirliyinin ərizə forması (Əlavə 2);
- Əldə edilmiş təhsil diplomlarının (attestat və ya onun ekvivalenti + bakalavr, magistr və doktor dərəcələri, əgər varsa) notariusla təsdiq edilmiş nüsxələri və onların ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;
- Aspirantura təhsili ilə bağlı attestasiya vərəqlərinin (diploma əlavələrin) notariusla təsdiqlənmiş nüsxələri və onların notariusla təsdiq edilmiş tərcüməsi;
- Doğum haqqında şəhadətnamənin notariusla təsdiqlənmiş nüsxəsi və ingilis dilində notariusla təsdiq edilmiş tərcüməsi;
- Pasportun ilk 3 səhifəsinin nüsxəsi;
- Təhsilə cəlb edilən şəxsin tələb olunan tədqiqatlara uyğun olmayan yoluxucu xəstəliklərə və ya digər bu kimi vəziyyətlərə malik olmadığını sübut edən tibbi arayış;
- Ərizəçinin ingilis dilində CV-si (Curriculum Vitae);
- Ən son fotoşəkil - 2 ədəd, pasport formatında.
Proqram və Metodologiya, eləcə də müvafiq Əlavələr üçün əlavə məlumatlar əldə etmək üçün, xahiş edirik, bu linkə daxil olun: https://www.mae.ro/en/node/10251

Ərizə sənədlərinin Rumıniyanın Bakıdakı səfirliyinə təqdim edilməsi üçün ən son tarix 7 fevral 2020-ci ildir.