Yazını böyüt
Yazını kiçilt
Rusiyanın araq ixracı ilin birinci rübündə əvvəlki ilə nisbətən 76,7 faiz azalıb.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, istehsalçıların gəlirləri 6,3 milyon dollar səviyyəsində qalıb.
Federal Gömrük Xidmətinin açıqladığı məlumatlara əsaslanan xəbərdə araq ixracının azalmasına səbəb kimi Avropa Birliyi, ABŞ və Kanadanın gətirdiyi ixrac qadağası göstərilir.
Qəzet istehsalçıların şərqə üz tutduğunu, lakin Çində rus arağına maraq olmadığı yazıb.
Bununla yanaşı, Rusiya brendləri İsrail, Afrika və Orta Asiya ölkələrinə daşımalarını artırmağa nail olublar. Lakin ixrac bazarında böyük paya sahib olan ABŞ və Avropanın qapılarını bağlaması səbəbindən bu artım qeyri-kafidir.