Rus hərbçiləri Laçın dəhlizində BU TARİXƏ QƏDƏR QALACAQLAR

16:09 18.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlıları yeni yol istifadəyə verilənə qədər mövcud Laçın dəhlizindən bir santimetr belə tərpənməyəcək.

Hafta.az bildirir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyinin müşaviri-elçisi Maksim Seleznev Azadlıq radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, bu məsələ ilə bağlı razılaşmalar var. Maksim Seleznev tərəflərin hansı razılaşmalardan danışdıqlarını açıqlamadan birbaşa təmasda olduqlarını vurğulayıb.

“Rusiya sülhməramlıları yalnız yeni Laçın dəhlizinin açıldığı anda hərəkət edəcək. Üçtərəfli bəyanatda (9 noyabr 2020-ci il)addımların ardıcıllığı açıqlanıb: birincisi, dəhliz tamamlanır, işə başlamazdan əvvəl Rusiya sülhməramlıları bu yolun ətrafında 5 kilometrlik dəhlizi tuturlar”, - deyə Seleznev bildirib.

Oxunma sayı 2248
Siyasət rubrikasından digər xəbərlər