Yazını böyüt
Yazını kiçilt
Rusiya ordusu Ukraynanın şimalında yerləşən Çernobıl AES-i və Hostomel hava limanını tam nəzarətə götürüb.
Hafta.az-ın yazdığına görə, bu barədə yerli mənbələr xəbər yayıb.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi twitter səhifəsində paylaşdığı açıqlamada rus işğalçı qüvvələrinin Çernobıl AES-i ələ keçirməyə çalışdığını, əgər bu baş verərsə, Moskvanın bütün Avropaya müharibə elan etmiş olacağı mənasına gələcəyini demişdi. Zelenski, AES-dəki təhlükəsizlik qüvvələrinin 1986-cı il faciəsinin bir daha yaşanmaması üçün canlarını verdiklərini bildirmişdi.