Rusiya İlan vasitəsilə Moldovada dövlət çevrilişi hazırlayır

19:32 28.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya xüsusi xidmət orqanları fəal qərbyönlü kursuna görə Moldova hökumətini devirməyə hazırlaşır. Bu məqsədlə Putinin əlaltıları Kişinyovda ölkə prezidenti Maya Sanduya qarşı etiraz aksiyaları təşkil edən yerli müxalifətdən istifadə edirlər.

Hafta.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazır.

Kreml Moldovada hökumət əleyhinə etirazların təşkilatçısına çevrilmiş 35 yaşlı rusiyayönlü siyasətçi İlan Şora dayanmaq qərarına gəlib. Nəşr yazır ki, yüksək rütbəli Rusiya siyasətçilərindən biri Şoru “ləyaqətli uzunmüddətli tərəfdaş” adlandırıb və hətta Şorun partiyasının rəhbərlik etdiyi Moldova regionuna ucuz rus qazı sövdələşməsini təklif edib. Bu, Şorun Kremlin ölkənin qüdrətini sarsıtmaq cəhdlərində aparıcı fiqur kimi rolunun başlanğıcı olub.

Ukrayna kəşfiyyatı tərəfindən əldə edilən və “The Washington Post” tərəfindən nəzərdən keçirilən məxfi sənədlər, Ukraynadakı müharibənin tormozlandığı bir vaxtda belə, Moskvanın Şərqi Avropa ölkələrini manipulyasiya etməyə necə cəhd etdiyini göstərir. Bu materiallar sübut edir ki, "FSB" Moldova siyasətçilərinin şəbəkəsini inkişaf etdirmək və ölkəni yenidən Moskvaya yönəltmək üçün Rusiyanın bəzi ən böyük dövlət şirkətlərindən on milyonlarla dollar çıxarıb.