Rusiya amerikalı mühafizəkarlar üçün kənd tikir

10:45 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hakimiyyəti Moskva yaxınlığında mühafizəkar təmayüllü ABŞ və Kanada vətəndaşları üçün kənd salmağı planlaşdırır.

Hafta.az-ın RİA agentliyinə istinadən yazdığına görə, Şimali Amerikada 200-ə yaxın ailə “ideoloji səbəblərdən” Rusiyaya köçmək istəyir.

Agentliyə danışan immiqrasiya üzrə hüquqşünas Timur Beslanqurov amerikalı mühafizəkarların ölkədəki gender siyasətindən narahat olduqlarını və ölkədən mühacirət etməyə çalışdıqlarını iddia edib.

Beslanqurov bildirib ki, əyalət rəhbərliyi sözügedən ailələr üçün Moskva yaxınlığında kənd salınması ideyasına yaşıl işıq yandırıb. Səlahiyyətlilər hələlik mövzu ilə bağlı açıqlama verməyib.