Rusiya bombardmanının acı sonluğu - ukraynalı hamilə qadın yanaraq öldü - FOTO

18:50 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünən Rusiya hərbçiləri tərəfindən Ukraynanın Dnepr şəhərinə raket hücumunun qurbanları barədə məlumatlar məlum olub.

Hafta.az BBC-yə istinadla xəbər verir ki, ölənlərdən biri 25 yaşlı İnna Odanetsdir. Qadın hamilə imiş. Əri Maksimlə birlikdə yanacaqdoldurma məntəqəsinə gediblər və orada atəşə tutulublar. Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidməti İnnanın avtomobildə diri-diri yandırıldığını, ərinin ağır yaralandığını və xəstəxanada olduğunu bildirir. Həmin gün yanacaqdoldurma məntəqəsində İnna ilə birlikdə avtoyuma işçisi də dünyasını dəyişib.

Rusiya Müdafiə Nazirliyi Dnepr bölgəsində neft anbarını məhv etdiyini açıqlayıb. İddialara görə, Donbasdakı bir qrup Ukrayna əsgəri yanacaqla oradan təmin edilib.