Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 31 yanvar 2024-cü il tarixindən buğda və meslin (buğda və çovdar qarışığı) ixracına tətbiq edilən vergi məbləğini artırıb.
Hafta.az-ın yazdığına görə, ixrac rüsumu əvvəllər bir ton üçün 3588 rubl 5 qəpiyə qədər artırılmışdısa, hazırda 3630 rubl 2 qəpiyə yüksəldilib.
Arpa ixracına da vergilər artırılıb. Arpanın ixrac rüsumu 169,2 rubldan 512 rubla, qarğıdalı üçün vergi isə bir ton üçün 644,2 rubldan 926 rubla qaldırılıb.
Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 251,3 dollar, 1 ton arpa üçün 188,1 dollar və qarğıdalının hər tonu üçün 194,8 dollar göstərici qiymətinə əsaslanır.
Taxıl ixracına tətbiq edilən “üzən” vergi 2021-ci ilin iyununda qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyi Moskva Fond Birjasında bağlanmış müqavilələrdəki məlumatlara əsasən indikativ qiymətə əsasən hər həftə müəyyən dövr üçün verginin məbləğini müəyyənləşdirir.