Rusiya firavanlıq xəritəsində Qazaxıstan və Çindən geridədir

09:26 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müxtəlif ölkələrin rifah səviyyələrini müqayisə edən tədqiqatın nəticələri açıqlanıb.

Hafta.az-ın “Novye İzvestiya” qəzetinə istinadən yazdığına görə, orta sərvəti 8500 dollar olan Rusiya vətəndaşları siyahıda Şri-Lanka və Malayziya ilə eyni səviyyədədir. Amma Rusiya vətəndaşlarının orta sərvəti Qazaxıstan və Çin vətəndaşlarınınkından yarıbayarı aşağıdır.

Bu ölkələrdə adambaşına düşən orta sərvət müvafiq olaraq 25200 və 27200 dollardır.

Avropada ən aşağı göstəriciyə malik ölkə 1600 dollarla Moldovadır.

Vətəndaşların ən yüksək orta aktivinə malik ölkələr İspaniya (413200 dollar), Lüksemburq (360700 dollar), Belçika (249900 dollar), Avstraliya (247400 dollar) və Honq Konqdur (202400 dollar) .