Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Azərbaycan torpağındakı sülhməramlı sayılan hərbi kontingenti nümayəndələrinin bu gün - avqustun 16 -da artıq 10-cu gündür xeyli hissəsi susuz qalmış Xankəndinin bir sıra küçələrinin erməni sakinlərini içməli su ilə təmin etməsi haqda informasiyalar yayılıb.
Hafta.az xəbər verir ki, qəsbkar Ermənistanın “armenianstate” teleqram-kanalında yayılmış məlumata görə, Rusiya hərbçiləri Azərbaycan Respublikasının Xankəndi şəhərinin 200-ə yaxın erməni sakinini su ilə təmin edib.
Bu arada sakinlərlə mehriban ünsiyyətdə olan sülhməramlı(?) hərbçilərdən birinin balaca erməni qızı ilə birlikdə Qarabağdakı separatçı-terrorçu rejim tör-töküntülərinin əski parçasını əlində saxlamasının foto-görüntüləri yayılıb...