Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya ölkədə qalma qaydalarının pozulmasına görə cəzaları sərtləşdirməyə hazırlaşır. Hafta.az bildirir ki, bu barədə “İnterfaks” xəbər verir.
Patruşevin sözlərinə görə, miqrantların kompakt yaşadığı yerlərdə asayişin qorunması üçün genişmiqyaslı tədbirlər həyata keçiriləcək. O bildirib ki, Rusiya Federasiyasının qanunvericiliyində miqrasiya nəzarətini və ölkədə qalma qaydalarını pozan xarici vətəndaşların məsuliyyətini gücləndirəcək dəyişikliklər nəzərdə tutulub.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, hüquq-mühafizə orqanları və kəşfiyyat orqanları terror aktları və digər cinayətlər törətmək üçün miqrasiya kanallarından istifadə edən beynəlxalq terrorçu və ekstremist təşkilatların üzvlərini müəyyən edəcək.
O, həmçinin qeyd edib ki, əcnəbi vətəndaşların sosial və mədəni adaptasiyasına, onların övladlarının Rusiya ümumi təhsil proqramlarında təhsil almasına böyük diqqət yetiriləcək.