Rusiya baş nazirinin müavini Marat Hüsnullin Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət həcminin son üç ildə 37 faiz artaraq 156 milyard dollara çatdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Rusiya - İslam Dünyası: KazanForum” adlı forumun təşkilat komitəsinin iclasında çıxış edən Hüsnullin qeyd edib ki, tədbir Rusiya ilə təşkilat ölkələri arasında kommersiya, iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün platformadır.
Mayın 14-19-da Kazan Ekspo Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək forumun təşkilat komitəsinə Hüsnüllin sədrlik edəcək.
Tatarıstanın paytaxtı Kazanda 2009-cu ildən Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında “Rusiya - İslam Dünyası: KazanForum” adlı Beynəlxalq İqtisadi Forum keçirilir.
Sözügedən forum Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm platformadır.