Yazını böyüt
Yazını kiçilt
Ukrayna ordusu Rusiya qüvvələrinin taxıl sazişindən çıxdıqdan sonra Qara dənizi blokadaya almağa hazırlaşdığına dair bir neçə əlamət göstərib.
“İlk nümayiş mülki gəmiyə mümkün hücum ssenarisi, bunun necə inkişaf edəcəyi ilə bağlı həyata keçirdikləri təlim idi. Yəni onlar planlaşdırılmış təxribatlara cəhd edirlər”, - deyə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin sözçüsü Nataliya Qumenyuk bildirib.
Onun sözlərinə görə, hərbi-dəniz qrupunun hazırlanması həm də qaçılmaz blokadadan xəbər verir.
“Son bir həftə ərzində biz Qara dənizdə 14-dən az düşmən gəmisini müşahidə etməmişik, bu, kifayət qədər yaxşı təmsil olunan formatdır”, - Qumenyuk bildirib.
Ləman Əliyeva