Rusiya Su-57 qırıcılarının istehsalını sürətləndirir

10:20 11.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya beşinci nəsil qırıcı Su-57-nin istehsalını sürətləndirəcək.

Hafta.az-ın yazdığına görə, Ordu-2023 Beynəlxalq Hərbi Texniki Forumu qarşısında açıqlama verən dövlət müdafiə sənayesi şirkəti Rostec-in vitse-prezidenti Vladimir Artyakov, bu il beşinci nəsil Su-57 qırıcılarının istehsal sürətini artırmağı planlaşdırdıqlarını söyləyib.

Eyni zamanda, Su-57 qırıcı təyyarələrinin istifadə etdiyi platformanın qazanılan yeni təcrübələrdə yeniliklərə və yenilənmələrə məruz qaldığını bildirən Artyakov, təyyarənin döyüş qabiliyyətinin artırıldığını, ən müasir texnologiyaların tətbiq edildiyini deyib.

Rusiyanın beşinci nəsil qırıcı təyyarələrinin ilk partiyası Su-57 ötən il Rusiya ordusunun istifadəsinə verilib. Bu təyyarələrin sayının 2024-cü ildə 22-yə, 2028-ci ildə isə 76-ya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Suhoy Su-57, “Sukhoi” tərəfindən Rusiya Federasiyası Hərbi Hava Qüvvələri üçün hazırlanmış 5-ci nəsil döyüş təyyarəsidir. Təyyarənin gizli, tək oturacaqlı, iki mühərrikli reaktiv qırıcı olması və Rusiyaya xidmətdə gizli texnologiyadan istifadə edən ilk əməliyyat təyyarəsi olması planlaşdırılır. Bu, hava üstünlüyü və hücum missiyaları üçün nəzərdə tutulmuş çoxməqsədli qırıcıdır. Qırıcı təyyarə yer və dəniz müdafiəsi üçün nəzərdə tutulub, həmçinin superkruiz, gizli, supermanevr qabiliyyəti və qabaqcıl avionikası ilə əvvəlki nəsilləri üstələyir. İlk sınaq uçuşunu 2010-cu ildə edib.

Bu təyyarə Rusiya Hərbi Hava Qüvvələrində Su-27 və Miq-29 təyyarələrini əvəz etmək üçün nəzərdə tutulub. Rəqibləri arasında Amerikanın F-22 təyyarəsi olan T-50 ilk uçuşunu 29 yanvar 2010-cu ildə edib. Rusiya bu təyyarələrdən 78-ni istehsal etməyi planlaşdırır. Təyyarənin xidmət müddətinin 35 ilə qədər olacağı gözlənilir.