Rusiya sülhməramlılarının olduğu 9 təyyarə Dağlıq Qarabağa yola düşüb

11:10 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ulyanovsk şəhərindən Dağlıq Qarabağa rusiyalı sülhməramlıları gətirən 4 İl-76 təyyarəsi yola düşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, daha sonra daha 5 təyyarə yola düşəcək:

“Təyyarələrin göyərtəsində sülhməramlı birliyin şəxsi heyəti, avtomobil texnikası, zirehli transportyorlar və digər vasitələr olacaq”.

Ümumilikdə sülhməramlı kontingentdə 1 960 hərbi qulluqçu, 90 ZTR, 380 avtomobil və xüsusi texnika yer alacaq.