Rusiya toyuq əti idxalına gömrük rüsumunu ləğv edib

09:43 22.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qiymət artımını tarazlaşdırmaq üçün Rusiya yumurtadan sonra toyuq ətinə də idxal rüsumunu ləğv edib.

Hafta.az-ın yazdığına görə, Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi, daxili bazarda qiymət sabitliyini təmin etmək üçün yerli təklifi artırmaq məqsədilə rüsumsuz kvota çərçivəsində ilk 18,5 ton toyuq ətinin idxalına icazə verib.

Dekabrın sonunda hökumət 2024-cü ildə 140 min ton dondurulmuş toyuq ətinin Rusiyaya rüsumsuz idxalını təsdiqləyib.

Hökumətin bu qərarından sonra ölkə üzrə bahalaşan toyuq ətinin qiymətinin aşağı düşəcəyi gözlənilir.