“Rusiya Türkiyəni enerji böhranından xilas etdi” – Alparslan Bayraktar

09:05 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkəsinin Rusiya enerjisindən asılılığını azaltmağa çalışdığını bildirib. Bu məqsədlə hazırda Türkiyə rəsmiləri Amerikanın ExxonMobil şirkəti ilə çoxmilyardlıq LNG alqı-satqı müqaviləsi üzrə danışıqlar aparır.

Hafta.az-ın yazdığına görə, bununla belə, Bayraktar əlavə edib ki, Rusiya ilə bağlanan razılaşmalar Türkiyəni Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra birdən-birə əksər Avropa ölkələrini bürümüş enerji böhranından qoruyub.

Nazir “Financial Times”a verdiyi müsahibədə rəqabət üstünlüklərindən başlamalı olduqlarını bildirib: “Enerji təhlükəsizliyini təmin etmək üçün haradansa qaz almalıyıq. Bu, həm Rusiya, həm Azərbaycan, həm İran, həm də digər ölkələrdən LNG tədarükü ola bilər”.

Türkiyə hökumətinin ölkədə LNG satınalma və saxlama infrastrukturunu genişləndirmək üçün səylər göstərdiyini sözlərinə əlavə edən Bayraktar, ötən il Türkiyənin təbii qaz idxalının təxminən 30 faizinin LNG olduğunu söyləydi.

O, həmçinin qeyd edib ki, Türkiyə Qara dənizdə böyük qaz obyekti və ölkənin cənub-şərqində neft qazması da daxil olmaqla, öz enerji istehsalı fəaliyyətinə başlayıb.b ki, bud a 2014-cü illə müqayisədə 15 faiz artım deməkdir.