Rusiya Ukraynada bütün döyüş tanklarını itirib - ekspert

20:01 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Baş Qərargahının məlumatlarına əsasən, ruslar fevralın 24-də tammiqyaslı işğaldan əvvəl Ukraynada xidmətdə olan bütün döyüş tanklarını itiriblər. Zədələnmiş texnikanın təmiri ilə bağlı da böyük problemləri var.

Defence Express eksperti İvan Kiriçevski Espresso-da rusların silahların bərpası üçün lazım olan müvafiq texnologiyanı itirdiyini bildirib.

"Bir tərəfdən, Baş Qərargahımızın məlumatlarına əsaslansaq, məlum olur ki, ruslar müharibə başlamazdan əvvəl xidmətdə olan bütün tanklarını itiriblər. Bir tankı bərpa etmək üçün ruslar ehtiyat hissələri üçün təxminən 3-4 avtomobil götürməli olurlar, çünki onlar müvafiq bərpa texnologiyalarını itiriblər”, - deyə o izah edib.

Kiriçevskinin sözlərinə görə, rusların artilleriya sistemləri ilə bağlı vəziyyəti təxminən eynidir.