Yazını böyüt
Yazını kiçilt
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yaxın günlərdə Rusiya və Çin “Dəniz Qarşılıqlı Fəaliyyət” adlı birgə dəniz təlimləri keçirəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, Moskva və Pekin arasında birgə manevrlər dekabrın 21-dən 27-dək keçiriləcək. Müdafiə Nazirliyi təlimlər zamanı Şərqi Çin dənizində raket və artilleriya atışlarının həyata keçiriləcəyinə də aydınlıq gətirib.
Qeyd olunur ki, Rusiyadan Manevrlərdə Sakit Okean Donanmasının flaqmanı “Varyaq” raket kreyseri, “Marşal Şapoşnikov” freqatı və iki korvet iştirak edəcək.