Yazını böyüt
Yazını kiçilt
Rusiya 100 minə qədər məhbusu azad edib və onları Ukraynaya döyüşməyə göndərib. “The Washington Post” yazır.
Rusiya Federasiyasının ədliyyə nazirinin müavini Vsevolod Vukolov panel müzakirələrinin birində bildirib ki, 2022-ci ilin fevralına qədər Rusiyada məhbusların sayı təxminən 420 min nəfər idisə, hazırda bu, tarixi minimuma - təxminən 266 min nəfərə düşüb.
Oturan Rus Fondunun rəhbəri Olqa Romanovanın sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi yəqin ki, 100 minə yaxın məhbusu hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edib.
“Bu, şok rəqəmdir. Müharibənin əvvəlində 420 000 məhkum var idi və bilirik ki, Priqojin 50 000-ə yaxın adamı işə götürüb”, - Olqa Romanova bildirib.