Rusiyada 27 yaşlı azərbaycanlı güllələndi

20:38 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Rusiyada 27 yaşlı azərbaycanlı güllələnib.

Hafta.az  APA-ya istinadən  xəbər verir ki, hadisə bu gün səhər saat 04.00 radələrində İvanovo şəhərinin Puşkin meydanında, "Rokko" barında baş verib.

Barda odlu silahın tətbiqi ilə müşayiət edilən münaqişə baş verib. Nəticədə 27 yaşlı azərbaycanlı qətlə yetirilib.

Qətldə şübhəli sayılan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanları hələ hadisə ilə bağlı şərh verməyib.