Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarını təhlil edən Ria agentliyinin xəbərinə görə, Rusiyada adambaşına düşən ÜDM 2022-ci ildə 22 faiz artaraq 15440 dollar olub. Beləliklə, bu göstərici 2013-cü ildəki rekorda yaxınlaşıb.
Hafta.az-ın yazdığına görə, 2013-cü ildə bu ölkədə adambaşına düşən gəlir 15930 dollara yüksəlmişdi.
Ötən il adambaşına düşən ÜDM-in ən yüksək artımı qeydə alınan ölkələr Qayana (89,1 faiz), Gürcüstan (33,4 faiz), Küveyt (32,7 faiz) və Seyşel adaları (31 faiz) olub.
Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiyanın ÜDM-nin bu il 1,5 faiz azalacağını, gələn il isə 1 faiz artacağını proqnozlaşdırıb.