Rusiyada 30 “Afrodules” yaradılır. Afrikadan gələn Avropa əsilli mühacirlər üçün salınacaq xüsusi qəsəbələrdən birincisinin təməli Tver vilayətində qoyulub.
Hafta.az-ın “Rossiyskaya qazeta”ya istinadən yazdığına görə, Beynəlxalq Avrasiya Universitetinin rektoru və Beynəlxalq Afrika Konqresinin Rusiyadakı nümayəndəsi Konstantin Klimenko, "Afrikadan Rusiyaya köçməyə qərar verən Afrikanerlər (Hollandiya-Boer Avropalıları) üçün Rusiyada 30 koloniya qurmağı planlaşdırırıq. Onlar illər əvvəl Afrika qitəsində məskunlaşan avropalı fermerlərin nəvələridir” deyib.
Qəzetin xəbərinə görə, afrokəndi əkinçilik və heyvandarlıq infrastrukturu ilə təchiz olunacaq. Pilot layihə Moskva və Tver vilayətlərində başlanacaq, daha sonra Beynəlxalq Afrika Konqresinin iştirakı ilə Rusiyanın digər regionlarına da genişlənəcək.
Proqramın əsas məqsədi 5 il ərzində təxminən 3 min afrikaner ailəsini Rusiyaya köçürmək olacaq. İmmiqrantların adaptasiyası üçün sentyabrın 1-dən Beynəlxalq Avrasiya Universiteti tərəfindən rus dili təhsili üzrə təlim proqramına start veriləcək. Hazırda Afrikada yaşayan 200-ə yaxın insan rus dilini öyrənmək üçün onlayn kurslarda iştirak edəcək.
Layihənin məqsədi afrikalı köçkünləri Rusiyada mikro-investorlara çevirməkdir.