Rusiyada “Apple” işlədənlər şokdadır: xidmətlər bağlanır

13:17 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı sanksiyalardan sonra “Apple” səlahiyyətli xidmətləri bağlanmağa başlayıb.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, “Apple” səlahiyyətli xidməti ACTs Moskvada MacLabs və Sankt-Peterburqda B2X fəaliyyətini artıq dayandırıb. “Apple”ın Moskvadakı digər səlahiyyətli xidməti Brobrolab isə, fəaliyyətini davam etdirmək üçün müştərilərindən 6 milyon rubl toplayacağını açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, iri pərakəndə xidmətlərə aid olmayan kiçik xidmətlərin də bağlanması təhlükəsi var.

Qeyd olunur ki, Rusiyada “Apple” şirkətinin zəmanət altında olan məhsullarının sayı getdikcə azalır, ehtiyat hissələrinin təchizatındakı problemlər səbəbindən zəmanətdən sonrakı xidmətlər bahalaşır.

3 mart 2023-cü il tarixindən etibarən sanksiyalar çərçivəsində Rusiyaya kompüter və planşet ehtiyat hissələrinin daşınması qadağan edilib.