Rusiyada aviabiletlərin qiyməti qalxdı

11:15 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi statistika xidməti “Rosstat” ötən il Rusiyada ekonom sinif aviabiletlərinin qiymətlərinin orta hesabla 22,2 faiz artdığını açıqlayıb. Biletlər 2022-ci ildə də 15,6 faiz bahalaşmışdı.

Hafta.az-ın yazdığına görə, dekabrda ölkə daxilində 1000 kilometrlik uçuş üçün ödənilən orta bilet qiyməti 7600 rubl (86 dollar) təşkil edir.

Məlumatı yayan RBC qəzeti qeyd edir ki, 2023-cü ildəki artım 2008-ci ildən bəri müşahidə edilən ən yüksək artımdır. 2008-ci ildə qiymətlər 30,9 faiz artıb. Biletlərin qiymətinin düşdüyü yeganə il pandemiya ili olan 2020-ci il olub.

Qəzetə danışan aviaşirkət nümayəndələri bildiriblər ki, aviasiya sanksiyalardan ən çox təsirlənən sektorlardan biridir.