Rusiyada bir gündə 13 868 nəfərdə koronavirus aşkarlanıb

14:37 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bir gündə 13 868 nəfər koronavirus infeksiyasına yoluxub.

Hafta.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 326 178 nəfərə çatıb. Hazırda 271 427 xəstə müalicə olunur.

Bir gündə Rusiyada 7 550 nəfər sağalıb, 244 nəfər vəfat edib. Ümumilikdə, ölkədə indiyədək 1 031 785 nəfər bu xəstəlikdən sağalıb, 22 966 nəfər həyatını itirib.

Ən çox yoluxma halı (4 618) Moskvada qeydə alınıb.