Rusiyada bu həftə ikinci koronavirus vaksini qeydiyyatdan keçiriləcək

14:49 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada COVID-19 infeksiyasına qarşı iki vaksinin kliniki sınaqları davam edir, onlardan birinin bu həftə ərzində qeydiyyatdan keçirilməsi planlaşdırılır.

Hafta.az-ın məlumatına görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

O bildirib ki, ikinci vaksin qeydiyyatdan sonra istehsal prosesinə daxl olacaq.

Bir müddət əvvəl, Rusiyada “Vektor” koronavirus vaksininin oktyabrın 15-dək qeydiyyata alınacağı bildirilmişdi.

Qeyd edək ki, Rusiya avqust ayında dünyada ilk dəfə “Sputnik V” koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.