Rusiyada danışılan 155 dildən altısı yoxa çıxıb

10:00 06.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadakı son siyahıyaalma göstərdi ki, ölkədə əvvəllər danışılan, lakin çoxdan yoxa çıxan və ya "yatan" altı dil var.

Hafta.az-ın yazdığına görə, 2021-ci ildə Rusiyada aparılan siyahıyaalmaya görə, ölkədə beş dil tamamilə yox olub, bir dil isə hazırda kütləvi şəkildə danışılmır.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri 20-ci əsrin əvvəllərindən ölkədə 15 dilin mövcud olduğu qənaətinə gəliblər.

Son siyahıyaalmaya görə, bu gün Rusiyada 155 fərqli dildə danışılır.

Sönmüş beş dil Aleut, Kereç, Aynu, Sirenik Yupik və Yug dilidir.

Oroçi dili "yatmış" dil kimi təsvir edilir.