Rusiyada ən gəlirli 10 peşə

11:15 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada məşhur insan resursları xidməti “Avito Rabota” diqqəti ölkədə ən çox tələbat olan peşə qruplarına və maaşların artırılmasına yönəldib.

Hafta.az-ın yazdığına görə, 2023-cü ildə ölkədə sənaye istehsalında təklif olunan orta əməkhaqqı 20 faiz artıb.

Ötən ilin yanvarında 53282 rubl olan bu rəqəm, ilin sonunda 64055 rubla yüksəlib.

Ən çox tələb olunan peşə qrupları, orta əməkhaqqı və illik maaş artımları aşağıdakılardır:

1.Qəlibçi - 62285 rubl, 2. Freze operatoru 109647 rubl, 3. Mexanika operatoru 69312 rubl, 4. Elektrik 61794 rubl, 5. Çilingər 76246 rubl, 6. Qaynaqçı 82436 rubl, 7. Mexanik 75608 rubl, 8. Rulonbükmə işçiləri 46236 rubl, 9. Mühəndis 74846 rubl, 10. Texnik 56053 rubl.