Rusiyada ən yüksək orta aylıq maaş 2800 dollardır

10:45 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ən yüksək maaş alan iki region Moskva və Saxalin olaraq açıqlanıb.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, ən yüksək maaş alan sektorlar maliyyə, neft-təbii qaz-mədən və hökumət sektorları olub.

Moskvada maliyyə sektorunda orta əməkhaqqı 256 min rubl (2800 dollar) təşkil edir. Təbii ehtiyatlarla zəngin Saxalin vilayətində neft və qaz hasilatı sektorunda çalışan işçilərin orta əməkhaqqı 232 min rubl və ya 2530 dollardır.

85 regiondan 23-də ən yüksək maaşlar bu sektorda verilir. 12 regionda dövlət, 11 regionda isə informatika və telekommunikasiya sahəsi birinci yerdədir.

2023-cü ilə qədər ölkə üzrə nominal orta əməkhaqqı 64100 rubl (700 dollar) olaraq hesablanıb.