Yazını böyüt
Yazını kiçilt
Ulan-Udedə Mi-8 helikopteri qəzaya uğrayıb, hər üç ekipaj üzvü həlak olub. Bu barədə Buryatiyanın rəhbəri Aleksey Tsydenov özünün Telegram kanalında məlumat verib.
Helikopterdə üç ekipaj üzvü olub, onların hamısı həlak olub.
Qəzadan sonra yanğın başlayıb. "Yanğın taksi yolunda baş verib, uçuş-enmə zolağına zərər dəyməyib", - Tsydenov deyib.
Helikopter hələ də təyyarə zavodundan sifarişçiyə verilməyib və istismarda deyildi. Fövqəladə hallar xidmətindəki mənbələrin məlumatına görə, helikopter Ulan-Ude Aviasiya Zavoduna (Rusiya Helikopterləri holdinqinə daxildir) məxsus olub.
Bildirilir ki, qəzaya səbəb mühərrikdə baş verən yanğın ola bilər.
112 teleqram kanalının məlumatına görə, qəzanın ilkin səbəbi helikopterin burulğan halqasına düşməsi olub.