Yazını böyüt
Yazını kiçilt
Rusiyada helikopter qəzaya uğrayıb.
Hafta.az TASS-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Buryatiya Respublikasında baş verib.
Bildirilib ki, helikopter Baykal aeroportunda eniş edərkən alovlanıb. Hadisə anında 3 nəfərdən ibarət ekipaj olub. İlkin məlumata görə ölənlər var.