Rusiyada işçi tapılmadığı üçün məhbuslar işə götürülür

12:06 27.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada onlayn pərakəndə satış xidməti “Ozon” ilin sonuna qədər 500-dən çox məhkum edilmiş cinayətkarı işə götürməyə hazırlaşır. Bildirilir ki, “Ozon”a aid mərkəzlərdə işləyəcək məhbuslar sifariş və geri qaytarma emalı sahəsində işlə təmin olunacaqlar.

Hafta.az-ın yazdığına görə, layihədə iştirak edəcək logistik mərkəzlərin Rostov-na-Don, Kazan və Moskva vilayətində olduğu açıqlanıb. Məhkumların bu şəhərlərdəki anbarlarda işləmək nisbəti “Maksimum 10 faiz” olacaq.

Məhkumların ilk dəfə mühakimə olunan və yüngül cəza alanlar arasından seçiləcəyi öyrənilib.

Qeyd edək ki, bu üsul 2022-ci ildə Sankt Peterburqda sınaqdan keçirilib.

Rusiyada son bir neçə ildə kadr çatışmazlığı səbəbindən məhbusların əmək bazarında fəal iştirakı müzakirə olunur.