Rusiya mətbuatı hər may bayramında olduğu kimi bu il də öz səhifələrində “şaşlıq (kabab) bağlaması”nın qiymətini işıqlandırıb.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, ət, manqal, şiş, kömür və starterdən ibarət olan şaşlıq paketinin qiyməti son bir ildə 11 faiz artaraq 2917 rubla (31,2 dollar) çatıb.
Paketdə ən yüksək artım 17 faizlə ət, 16 faizlə manqal qiymətlərindədir. Digər tərəfdən, alovlandırıcı maye və kömürün qiymətinin 4 və 6 nisbətində azaldığı görünür.
OFD-nin açıqladığı məlumatları platformaya çatdıran qəzet bu il satışların yüzdə 31 azaldığına diqqət çəkir. Analitiklər bu il satışların azalmasında may bayramının Pasxa bayramı ilə üst-üstə düşməsinin rol oynadığı qənaətindədir. Pravoslav xristianlara Pasxadan əvvəl oruc zamanı ət yemək qadağandır.
Analitiklər həmçinin bu fikirdədirlər ki, aprelin ikinci yarısında bütün Rusiyada hava şəraitinin pis olması ilə əlaqədar şaşlıq paketlərinin satışı azalıb.