Rusiyada neçə dollar milyonçusu var?

11:00 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Henley & Partners” və “New World Wealth” tərəfindən hazırlanan "BRICS Hesabatı" araşdırması göstərib ki, Rusiyada dollar milyonerlərinin sayı son 10 ildə 24 faiz azalaraq 68400 nəfər olub.

Hafta.az-ın yazdığına görə, Rusiya BRİKS-də ən az 1 milyon dollar sərvəti olan insanların sayına görə beşinci ölkədir.

Braziliya (82400 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (116500 nəfər), Hindistan (326 min nəfər) və Çin (862400 nəfər) bu reytinqdə Rusiyadan xeyli irəlidədir.

Son 5 ildə dollar milyonçularının sayı Braziliyada 28 faiz, Cənubi Afrikada 20 faiz, Misirdə 22 faiz, İranda isə 38 faiz azalıb.

Həmin dövrdə milyonçuların sayı Çində 92 faiz, Hindistanda 85 faiz, Birləşmiş Ərəb Əmirliklərində isə 77 faiz artıb.

Moskva BRİKS-də ən çox dollar milyonçusu (30300 nəfər) olan səkkizinci şəhərdir.